Qeyri-neft ixracında kənd təsərrüfatı mühüm rola malikdir - İQTİSADÇI DANIŞDI

Qeyri-neft ixracında kənd təsərrüfatı mühüm rola malikdir - İQTİSADÇI DANIŞDI

“Kənd təsərrüfatı iqtisadiyyatın mühüm struktur elementlərindən biridir və iqtisadiyyatda əhəmiyyətli rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ümumi daxili məhsulun 5-6 faizi məhz kənd təsərrüfatında formalaşır: “Təbiidir ki, bu göstərici zaman-zaman dəyişir. Ümumi dəyər isə məhz kənd təsərrüfatında yaranır.

İkinci məsələ isə iqtisadiyyatda bu faiz az görünə bilər. Amma məşğulluq baxımından ciddi dəstək verilir. Xüsusilə də rayon və kəndlərdə yaşayan əhalinin məşğulluğunu təmin edir. Azərbaycanda məşğulluğun 35-36 faizi, əhalinin üçdə biri kənd təsərrüfatında məşğulluq tapıb.

Düzdür, deyilə bilər ki, işsiz insanların da sayı çoxdur. Lakin məşğulluq statiskasına əsasən balansında torpaq varsa, avtomatik həmin şəxs məşğul sayılır. Həm məşğulluqda, həm də iqtisadiyyatda bu belədir. Azərbaycanda qeyri-neft ixracında da kənd təsərrüfatı mühüm rola malikdir. Bu ilə qədər həmişə ilk beşlikdə kənd təsərrüfatı olub. Pomidor, xurma, fındıq ilk beşliyimizdə ənənəvi olaraq özünə yer tapan tərəvəz və bağçılıq məhsullarıdır. Bu da ölkəyə əlavə valyuta deməkdir.

Ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı mühüm rol oyanır. Ərzaq bolluğu, ərzağın qiymətinin kəskin bahalaşması baxımından ərzaq bazarında rəqabət yaranır. Ölkənin milli təhlükəsizliyində ərzaq təhlükəsizliyinin də rolu böyükdür”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə