Yeni müəssisələrdə nümunəvi şərait yaradılıb - Aynur Sabitova

Yeni müəssisələrdə nümunəvi şərait yaradılıb - Aynur Sabitova

“İnşa edilən yeni müəssisələrdə nümunəvi şərait yaradılıb”. SİA-nın verdiyi məlumata görə, bu sözləri yeni inşa olunmuş müasir pentensiar xidmətinə təşkil olunan mediatur zamanı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib: "Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı vardır. Peşə məktəbində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə