Narkotiklə bağlı müayinələr dövlət qurumlarında keçirilməlidir

Narkotiklə bağlı müayinələr dövlət qurumlarında keçirilməlidir

“Bizdə qeyri-rəsmi məlumatlar var, dövlət qurumlarında narkotik testdən keçməyən şəxslər var. SİA xəbər verir ki, bu təklifi, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Biz öncədən xəbərdarlıq edilmədən narkotiklə bağlı müayinəni dövlət qurumlarında həyata keçirməliyik. Bizə lazımdır ki, narkoman aşkar olunsun. Bu xəstəliyin daşıyıcı olan şəxslər dövlət qulluğunda işləyə bilməz.Biz bunun qarşısını almalıyıq. Onlar hərbidə, polisdə, dövlət qurumunda yer almasın”, - deyə o vurğulayıb.

Kəmalə Nəsibova

Bütün xəbərlər Facebook səhifəmizdə