Ukraynaya göndərilən yardımlar dərman vasitələri və ləvazimatdan ibarətdir - QURUM RƏSMİSİ

Ukraynaya göndərilən yardımlar dərman vasitələri və ləvazimatdan ibarətdir - QURUM RƏSMİSİ

"Bu yardım müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada müvəqqəti məskunlaşan Ukrayna vətəndandaşlarına göndərilir". Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq üçüncü dəfədir ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərir: "Yardımlar ləvazimatlar və dərman vasitələrindən ibarətdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və ora sədrlik edir. Azərbaycan müharibənin fəsdlarını çox uzun müddət çəkib. Ona görə də hansı ölkə olmağından asılı olmayaraq müharibədən əziyyət çəkənlərə Azərbaycan dəstək göstərir. Yardımlar ehtiyacı olacağı təqdirdə davamlı şəkildə göndəriləcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə