Ölkəmizdə istər müharibə veteranlarının, istər əmək veteranlarının şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində şərəflə döyüşən veteranların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox işlər görmüş, layihələrin həyata keçirilməsi üçün qanunlar planı tərtib edib. Bəs görəsən şəhər sakinləri veteranlara göstərilən diqqətə baxışı necədir? SİA olaraq sorğu keçirdirk:
Şəhər sakini Yavər Mirzəliyeva: "Veteranlara göstərilən diqqət olduqca qənaətbəxşdir. Onların yaşayışı üçün bir sıra işlər görülüb. Dövlətimiz veteranlarını unutmur. İkinci dünya müharibəsi zamanı döyüşən veteranlarımıza, Silahlı Qüvvələr veteranlarına, əmək veteranlarına xüsusi diqqət göstərilməlidir".
Şəhər sakini Cavanşir Hüseynsoy: "Ölkəmizdə veteranlara qarşı diqqət olduqca yüksəkdir. Vətən müharibəsi zamanı münlərlər şəhid verdik. Allah hər birinə rəhmət eləsin. Bundan əlavə yüzlərlə qazimiz, yüzlərə veteranımız bu döyüşdə iştirak edib, vətənimizi qorumaq üçün əllərindən gələni etmişlər. Allah qazilərimizə şəfa versin".
Şəhər sakini Safura Quliyeva: " Veteranlarımız hər zaman diqqət mərkəzində olmalıdır. Allah hər birinin canını sağ eləsin. Biz onların hesabıma belə zahat yaşayırıq. Ölkəmizdə veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Dövlətimizin qayğısı hər zaman bizi qürurlandırır".
Şəhər sakini Bayar Ağayev: " Veteranların sosial müdafiəsində ölkə rəhbəri bir çox islahatlar keçirib. Onların həyatının yaxşılaşdırılması üçün bir çox tədbirlər həyata keçirib. Düşünürəm ki, veteranıarımız bizim xalqımızın əsas hissəsidir".
Şəhər sakini Fərhad Eyyubov: "Düşünürəm ki, veteranlara hər zaman diqqət, qayğı göstərilməlidir. Onların bütün ehtiyyacları qarşılanmalıdır. Bir çoxlarına yardımlar ediləməlidirlər. Onlar bəziləri 2-ci dünya müharibəsində iştirak etmiş, bəziləri Əfqanıstan döyüşlrində iştirak etmişlər".
Şəhər sakini Vəli Qasımlı: "Veteranlar İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermiş. Onlardan öyrənəcəyimiş bir çox şeylər var. onların yaşayışının yaxşı olması üçün hər cür şərait yaradılıb. Hətta bəziləri evlə, maşınla da təmin edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB