TƏBİB-in tabeli tibb müəssisələrində çalışan məsul şəxslərin idarəçilik üzrə bilik və bacarıqlarının artırılması məqsədilə baş tutacaq "İntensiv Təlim Proqramı" nın (İTP) açılış mərasimi keçirilib. TƏBİB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə giriş nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova tibb işçilərinin peşə hazırlığının artırılmasının vacibliyi, təlim proqramının məqsədi və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
G.Qədimova icbari tibbi sığortanın tətbiq edilməsi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan səhiyyə sisteminin daha da inkişaf etməsi üçün kadr potensialinın önəmini vurğulayıb.
Daha sonra çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov vətəndaş məmnunluğunun artırılması istiqamətində bu kimi təlimlərin keçirilməsinin müstəsna rolu olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, təlim 17 günlük müddəti əhatə edir və fərqli qruplar üçün mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB