Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbində “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Ombudsman mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlərin təhlükəli qlobal problem olaraq qaldığını qeyd edib.
Tədbirdə digər zərərli vərdişlər olan spirtli və energetik içkilərin, tütün məmulatlarının qəbulunun, uşaqların və yeniyetmələrinin kişafına ziyan vuran zərərli informasiyaların, mərc oyunlarınında mənfi tibbi, sosial, psixoloji tərəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB