Bəzi məcburi köçkünlər onlara edilən güzəştlərdən sui-istifadə edir

Bəzi məcburi köçkünlər onlara edilən güzəştlərdən sui-istifadə edir

“Məcburi köçkünlər bizim üçün çox əzizdir. Lakin bəziləri onlara edilən güzəştlərdən sui-istifadə edir. Məsələn, evi olan adam evini başqasının adına keçirərək əlavə ev istəyir. Araşdırırıq ki, heç o evdə yaşamır da”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, vəziyyətdən sui-istifadə edənlər istisna olmaqla digərlərinin bu mənzillərə ehtiyacı var: “Mənzil məsələsi cənab Prezidentin qərarlarından irəli gələn məsələdir. Komissiya yaradılıb və bu məsələlərin hamısı komissiya tərəfindən nəzarət edilərək həyata keçirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə