Bu insanların həyatından 30 il oğurlanıb - BMTM-in İdarə Heyətinin sədri

Bu insanların həyatından 30 il oğurlanıb - BMTM-in İdarə Heyətinin sədri

“Qaçqınlarla bağlı 30 ildir böyük problemimiz var idi. Münaqişə bitsə də, biz bu problemi unutmamalıyıq. Çünki bu insanların həyatından 30 il oğurlanıb”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, onlar müvafiq yerlərdə yaşayıblar: “Qaçqınlar öz yerlərinə qayıdıb yeni həyata başlayacaqlar. Amma Ermənistan tərfindən Azərbaycana vurulan maddi-mənəvi zərbə haqqında daim danışmalıyıq”.

Fərid Şəfiyev qeyd edib ki,“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabda olan fəsillər elmi araşdırmadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə