Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, mərasimdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün Prezident İlham Əliyevin apardığı siyasətin müxtəlif aspektlərinə, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərə, 44 günlük Vətən müharibəsinə və onun nəticələrinə həsr olunmuş məqalələr toplanıb.
Məqalələr BMTM-in ekspertləri və kənardan cəlb olunmuş mütəxəssislər tərəfindən yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB