Azərbaycanda GMO məhsulları ilə bağlı vəziyyət necədir? - MÜSAHİBƏ

Azərbaycanda GMO məhsulları ilə bağlı vəziyyət necədir? - MÜSAHİBƏ

Ekspert Rövşən Rəsulovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Qida ilə bağlı məsələlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Bunula bağlı monitorinqlər keçirir. Ümumiyyətlə, AQTA-nın fəaliyyəti sizi qane edirmi?

- Birmənalı olaraq məni qane etmir. Səbəblər isə məlumdur. Bir jurnalist, bu hadisələri yaxından izləyən, eləcə də araşdırmalar aparan bir şəxs kimi deyə bilərəm ki, bu qədər böyük rezonans doğuran hadisəyə AQTA-nın münasibəti sıfırın altındadır. Yəni AQTA qida təhlükəsizliyi məsələsinə birmənalı olaraq cavabdeh olmaq əvəzinə, özünü qapaması, cəmiyyətə çıxmaması və vətəndaşların suallarını cavablandırmaması qəbul edilməyən nüansdır. AQTA dolayı yolla ictimaiyyətin zəhərli ərzaqlarla qidalanmasının qarşısını almaq əvəzinə qidalanmasına şərait yaratdığını göstərir. Bunun qarşısı alınmalıdır. Gələcəyimiz olan uşaqların sağlam qida ilə təmin olunması, böyüməsi üçün sağlam ərzaqlarla təmin olunması lazımdır. Əks halda gələcəyimiz qeyri-sağlam olacaq .

- Bu gün Azərbaycanda GMO məhsulları ilə bağlı vəziyyət necədir?

- Faktiki olaraq GMO məhsullarının Azərbaycanda satılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Amma bir çox marketlərdə GMO məhsullarının kütləvi şəkildə satışının şahidiyik. Bizim bir vətəndaş kimi müvafiq orqanlara müraciət etmək hüququmuz var ki, hansı əsaslarla cəmiyyətə, insanlara, istehlakçılara zəhərli məhsulları satırlar. Onu da qeyd edim ki, Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələr davam etdirilir. Orada bir maddə var ki, onun aradan qaldırılması vacibdir.

- GMO məhsullarının ziyanları nələrdir?

- Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, onların zamanında azyaşlı uşaqlar xəstələnməyə meyilli olmayıblar. Eyni zamanda normal boy artımı, çəki artımı ilə inkişaf ediblər. İmmunitetli və sağlam olublar. Çünki sağlam, təbi məhsullarla qidalanırdılar. Lakin son zamanlar artıq çəki problemləri yaranıb. Uşaqlarda çılızlaşma gedir. Yeni doğulan körpələrin çəkisi normalda 3 kilo yarım olur, amma son dövrlər 2 kilo yarım şəkiləri olur. Bunların hamısı GMO, zərərli məhsullarda istidafə edildiyi üçün baş verir.

- Niyə biz xarici şirkətlərdən asılı vəziyyətə düşməliyik?

- Xarici şirkətlərin təsiri altına düşməyin səbəblərindən biri də monopoliya maraqlarıdır. Yəni onlar xarici şirkətlərdən məhsulu keyfiyyətli olduğu üçün və ya hər hansı bir səmərəsi olduğu üçün almırlar. Onlar sadəcə qazanc əldə etmək üçün məhsul alırlar. Bizdə də köhnə bir ənənə formalaşıb ki, xaricdən gələn məhsul keyfiyyətli olur. Halbuki gözəl vətənimizin müxtəlif bölgələrində minlərlə məhsul yetişdirmək olar. İnsana lazım olan bütün qidalar Azərbaycanda hazırlana, yetişdirilə bilər. Bizim xaricdən asılı olmağımızın səbəbi sadəcə maddi qazancdır.

Azərbaycanda qəbul olunan qanunlar icra olunsaydı, biz başqa mövzu üzərində müzakirələr aparardıq. Qanunların qəbul olunması gözəl bir haldır. Amma bayaq da qeyd etdiyim kimi GMO məhsulları ilə bağlı qanunda düzəlişlər edilməlidir.

- AQTA sahibkarlığın inkişafa dəstək olurmu?

- Bəzi sahibkarların fəaliyyətinə mane olmaq kimi faktlara az rast gəlinmir. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara imkan yaratmırlar. Dövlət büdcəsindən AQTA üçün müəyyən büdcə ayrılır. İnsanı düşündürən odur ki, bu qədər pul ayrılır, amma ortada heç nə yoxdur. AQTA cavab verməlidir ki, dövlət büdcəsindən ayırılan pullar nəyə istifadə olunur?

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə