Dünya əhalisinin 52%-i baş ağrısından əziyyət çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, dünya əhalisinin 14 faizi miqrendən əziyyət çəkir.
Norveç Elm və Texnologiya Universitetinin tədqiqatçıları baş ağrısının qlobal yayılmasını qiymətləndirmək üçün 1961-2020-ci illər arasında 357 nəşri təhlil ediblər.
Araşdırma nəticəsində baş ağrısı hallarının yüzdə 26-nın gərginlik tipli baş ağrıları olduğu qeyd olunub. Onların 4,6 faizində ayda 15 və daha çox gün ərzində baş ağrısı olduğu müəyyən edilib.
Ağrının 7%-i miqrendən qaynaqlanır. Qadınlarda kişilərə nisbətən daha çox görülür.
Tədqiqatın aparıcı müəllifi Lars Jacob Stovner aşağıdakı ifadələrdən istifadə edib: “Biz başa düşdük ki, baş ağrısı pozğunluqlarının yayılması bütün dünyada yüksəkdir və müxtəlif ağrı növləri bir çox insana təsir edə bilər. Biz profilaktika və daha yaxşı müalicə yolu ilə bu nisbətləri azaltmağa çalışmalıyıq”.
Bu cür səylərin təsirini ölçmək üçün cəmiyyətdə baş ağrısının yayılmasının izlənilməsi lazım olduğunu vurğulayan Stovner, "Araşdırmamız üsullarımızı necə təkmilləşdirəcəyimizi anlamağa kömək edir" dedi.
Süsən Heydərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB