Bu, Prezidentin sosial siyasətində prioritet məsələlərindən biridir - DEPUTAT ŞƏRH ETDİ

Bu, Prezidentin sosial siyasətində prioritet məsələlərindən biridir - DEPUTAT ŞƏRH ETDİ

“Şəhid ailələrinə və Qarabağ qazilərinə diqqət və qayğının göstərilməsi cənab Prezident İlham Əliyevin sosial siyasətində prioritet məsələlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.


Onun sözlərinə görə, dövlətimiz tərəfindən bu insanlara qarşı həmişə diqqət göstərilib: “Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə-reabilitasiya işlərinə cəlb olunması, onlara psixoloji yardımların göstərilməsi, iş yerləri ilə təmin olunması yüksək səviyyədə həll olunur. Bugünə qədər 40 minə yaxın müharibədən əziyyət çəkmiş hərbi və mülki vətəndaşa psixoloji yardım göstərilib. Son 3 ildə müharibə əlillərinə 16 mindən çox protez və ortopedik vasitələr verilib. Qarabağ müharibəsində sağlamlığını itirən 7400 vətəndaşımıza minik avtomobilləri verilib. İndiyə qədər 12 500 Qarabağ qazisi və şəhid ailələri mənzillərlə təmin olunub.

Məlumdur ki, torpaqlarımız işğaldan azad olunandan sonra geri qayıdış layihələri artıq ortadadır. Bu il biz məcburi köçkün və qaçqınların bir hissəsinin dədə-baba yurdlarına qayıdacağının şahidi olacağıq. Buna görə də cənab Prezidentin ötən il məcburi köçkünlər üçün tikilən son evlərin şəhid ailələri və Qarabağ qazilərinə verilməsi ilə bağlı sərəncamı oldu. Cənab Prezidentin verdiyi sərəncamlara görə, 2025-ci ilə qədər Azərbaycanda mənzillə təmin olunmayan şəhid ailəsi və ya Qarabağ qazisi qalmayacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə