Valideynlə uşaq dost olmamalıdır - PSİXOLOQ AÇIQLADI

Valideynlə uşaq dost olmamalıdır - PSİXOLOQ AÇIQLADI

“Yeniyetməlik dövründə uşaqlarda ümumi yaş krizisləri baş verir, böyümə sindromları yaranır. Bu dövrdə uşaqların aqressiv olması valideyndə əks reaksiyanı yaradır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu zaman uşaq lazım olan şeyi etmir, hətta tamamilə əks bir hərəkət edir: “Yeniyetməlik dövründə uşaqlarda hormonal, psixoloji dəyişikliklər olduğuna görə valideyn daha təmkinli yanaşmalıdır. Valideyn nəyisə uşağa məcbur etməməlidir. Bütün gün məsləhət, danlama xarakterli işlər görməməlidir. Onun etdiyi səhvləri insanların içərisində deyil, kənarda bildirməlidirlər. Bu dövrdə uşaqlara mülayim davranmaq lazımdır. Eyni zamanda, valideynlər uşaqlarını müqayisə etməkdən çəkinməlidir. Valideynlər çox vaxt bilmədən də olsa, uşaqlarını müqayisə edirlər. Bu isə təbii ki, uşaqlara mənfi təsir göstərir.

Buna görə də uşaqlara hər hansı bir uğursuzluğu olduqda, ona qarşı aqresiv yanaşmır və yaxud da günahlandırma hissi ilə yanaşmamalıyıq. Uşaqları daha çox anlamağa çalışmalıyıq. Uşaqların dost əhatəsində onların özünü necə gördüklərinə fikir verməli, uşaq özünü necə təstiq edir, uşaqlar arasında özünü necə görür bunları bilməliyik.

Eyni zamanda, valideynlə uşaq dost olmalı deyil. Çünki dost olduqda onlar arasında artıq pərdə götürülür. Bunlarla yanaşı uşaq bilməlidir ki, qarşı tərəf ondan daha böyükdür. Buna görə də məsləhətə ehtiyacı olduğunu da anlamalıdır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə