Təhlükəli qidalar izlənəcək - SƏDR AÇIQLADI

Təhlükəli qidalar izlənəcək - SƏDR AÇIQLADI

“”Qida təhlükəsizliyi haqqında” qanunda təhlükəli qidaların izlənilməsi məsələsi əksini tapıb”. SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra bununla bağlı müvafiq qaydalar tətbiq ediləcək: “Qida məhsullarının zənginləşdirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq. Mütləq qida məhsullarının etiketlənməsinə ciddi fikir verilməlidir. Bu halların qarşısının alınması ilə bağlı işlər öz həllini tapacaq".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə