Aprelin 11-də Türkiyənin Kastomonu rayonunun Kuzeykənd ibtidai məktəbinin 4 A sinfinin 21 şagirdlik heyəti Ankara Esenboğa Hava Limanından Ankara-Bakı reysli sərnişin təyyarəsi ilə Azərbaycana yola düşüblər. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Azərtac informasiya agentliyi xəbər verir ki, şagird heyətini Kastomonu rayonu təhsil şöbəsinin müdir müavini Serkan Demirkıran, Kuzeykənd ibtidai məktəbinin direktoru Ümit Yürücüoğlu, direktor müavini Erhan Kalayçı, məktəbin 4 A sinif müəllimləri Səma İlgaz və Naim Kayıkçı müşayiət edirlər.
Qeyd edək ki, Kastomonu rayonu Kuzeykənd ibtidai məktəbinin 4 A sinif şagirdləri amerikalı məktəblinin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə yazdığı məktubla tanış olub, onun xoş təsiri altında Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Prezident İ.Əliyev türkiyəli məktəblilərin məktubuna cavab olaraq onları Azərbaycana dəvət edib. Türkiyə məktəbliləri məktublarında Azərbaycan dövlət başçısı ilə görüşmək istədiklərini və işğaldan azad olunan torpaqlarımızı ziyarəti ən böyük arzuları kimi ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB