“Ramazan ayında bir çox qaydalar var ki, onlara riayət olunmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, oruc tutan insan mütləq niyyət etməlidir: "Gün ərzində sübh azanından şam azanına qədər yeməkdən, içməkdən özünü qoruyub saxlamalıdır. Cinsi ailə həyatından özünü qoruyub saxlamalıdır. Orucu batil edən bir sıra məqamlar var.
İxtiyari şəkildə nəsə yeyib içsə, səfərə çıxsa orucu pozulmuş sayılır. Dinimiz buyurub ki, tək mədəsinə yox, əlinə, gözünə, qulağına, nəfsinə də oruc tutdurmalıdır. Haramdan, günahdan, qeybətdən çəkinməlidir. Süd verən analar, hamilə qadınlar, dərman qəbul edən xəstələr insanlar oruc tutmaya bilərlər. Bir müddət sonra onlar qəza orucu tuta bilərlər. Elə qocalar var ki, onlar həqiqətən də aclığa tab gətirə bilmirlər. Bu şəxslər oruc tutmaya bilərlər.
Orucluq ayında insanlar bacardıqları qədər ibadət etməlidir. Ramazan ayının Allahın dərgahında özünəməxsus dərəcəsi var. Bu ayda Allah Qurani-Kərimi Peyğəmbərinə göndərib. Allah Ramazanda Qədr gecəsini gizli saxlayır. Bütün Ramazan gecələrini Qədr gecəsi kimi bilib ibadət etməyi buyurur. Qədr gecəsinin fəziləti budur ki, Quran bu gecədə Peyğəmbərimizə bəxş olunub. Allah dualarımızı qəbul etsin. Allah tutulan orucları qəbul etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB