Beyinin orqanizmdə əsas rolu NƏDƏN İBARƏTDİR? - PSİXOLOQ ŞƏRH ETDİ
“Beyin bizim orqanizmimizdə bütün ruhumuzu idarə edən əsas mayakdır. Beynimizin sayəsində biz ətraf aləmə bəd oluruq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, beynin inkişaf etməsi sırf insan genetikası ilə bağlıdır: “İnsanın genetikası sağlam olmalıdır və böyüdüyü mühit onun sağlamlığı üçün müəyyən yaşa qədər düzgün davranışlar sərgiləməlidir. Ətraf mühit dedikdə insanın ailəsi, doğmaları nəzərdə tutulur. İnsanın beyni, onun beyninin inkişafı genetikadan asılı olduğu təqdirdə, sırf onun psixi inkişafı sonradan artıq bioloji amillərlə yanaşı, sosial amillərlə də bağlı olur. Bioloji olaraq sağlam dünyaya gələn bir uşaq artıq həyata bələdləşmək prosesində sağlam informasiyalarla qidalanmalıdır. Bu aspektdən də ətraf mühit, yəni onun doğmaları bizi əhatə edən həyatla bağlı məlumatlandırmalıdır.
Gülüşün, sevincin, kədərin nə olduğunu anlamalıyıq. Dünənə qədər gənc nəsil gözəl gələcəklə bağlı xoş söhbətlər edirdilər. İndi isə uşaqlara həyatı izah etdikdə reallıqları başa salırlar. Bunu etməklərinə səbəb isə uşağın fantastik böyüməsinin qarşısını almaqdır. Təbii ki, sağlam düşüncənin düzgün təməli bir müddət valideynlərə məxsus olur.
Ailədə valideynlər bir müddət uşağın müəyyən yaşına qədər onu problemlərdən uzaq tutmalıdır. Hər hansısa bir travma yaşanmasına imkan yaratmamalı və travma olduqda belə bunu aradan qaldırmalıdır. Beyin bu aspektdən rahat olduqda akademik fəaliyyətə düşür. Bu da uşağın məktəbə qədər dövrünə təsadüf edir. Uşağın həyata bələdləşmə dövrü məktəbəqədər dövrdən başlayır.
Endogen və ekzogen amillərin sayəsində də insan beyni inkişaf etdirilir. Bu məlumatlar da uşaqlıqdan toplanılır. Uşaqlıqdan təməl necə qoyulursa, həmin uşaq da böyüdükcə ətrafı o cür mənimsəyir. Tədqiqatlara əsasən bir uşağın tərbiyəsi 9 yaşına kimi formalaşır. Bu yaşa qədər əldə etdiyi tərbiyə modeli necədirsə, bütün hadisələri onun fonunda qarşılayır.
9 yaşına kimi nəyi, necə mənimsəyirsənsə, üzləşdiyin situasiyaları məhz o cür qəbul edirsən. Beynin sağlam inkişafı üçün düzgün qidalanma, yuxu prosesi, neqativ düşüncələrdən uzaq olmaq mühümdür”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB