"Davam" Gənclər Hərəkatı uğurlu və genişmiqyaslı hərəkatdır - İCRAÇI DİREKTOR DANIŞDI

"Davam" Gənclər Hərəkatı uğurlu və genişmiqyaslı hərəkatdır - İCRAÇI DİREKTOR DANIŞDI

“Bu gün “Davam” Gənclər Hərəkatı üzvlərinin ilk forumudur. “Davam” Gənclər təşkilatı yarandığı gündən Gənclər Fondu ilə sıx şəkildə əməkdaşlıq edir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Davamçı gənclərin Hərəkatı” Forumunun açılış mərasimində Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov mətbuata bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq nəticəsində 100-dən çox müxtəlif formatlı lahiyələr həyata keçirilib: “Bu lahiyələr həm paytaxtda, həm də regionlarda təşkil olunub. Həyata keçirilən tədbirlərdə gənclər üçün müxtəlif düşərgələr, təlimlər və görüşlər keçirilib. Həmçinin qeyd etmək istərdim ki, gənclərimizin bilik və bacarıqlarının artırılması istiqamətində də müxtəlif işlər həyata keçirilib. Bu iki il ərzində təşkilatın gördüyü işlərə nəzər saldıqda məlum olur ki, kifayət qədər uğurlu və genişmiqyaslı bir hərəkatdır. Biz Azərbaycan Gənclər Fondu olaraq “Davam” təşkilatı ilə bundan sonrada eyni səpkidə əməkdaşlığı davam etdirəciyik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə