11 aprel tarixi "Davam" gənclər hərəkatı üçün önəmli tarixdir - SƏDR AÇIQLADI
“Biz bu gün “Davamçı Gənclərin Hərəkatı” formunun açılış mərasiminə toplaşmışıq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Nizami Kino Mərkəzininin inzibatı binasında keçirilən “Davamçı Gənclərin Hərəkatı” formunun açılış mərasiminda “Davam” gənclər hərəkatının sədri Nihat Allayarlı bildirib.
Onun sözlərinə görə, forumu keçirməkdə əsas məqsəd “Davam” gənclər hərəkatının ölkə siyasətindəki oynadığı rolu, ötən dövr ərzində həyata keçirilən lahiyələr haqqında ictimai hesabat və qarşıda duran hədəflərimiz haqqında ictimaiyyəti məlumatlandırmaqdır: “Ümumi dövr ərzində biz 712-dən çox tədbir həyata keçirmişik. Bilirsiz ki, 11 aprel tarixi bizim üçün əlamətdar bir gündür. Çünki ilk dəfə "Davam" sloqanı məhz bu tarixdə səsləndirilib. Ona görə də biz düşündük ki, gördüyümüz bütün işlər və həyata keçirdiyimiz ümumi tədbirlər haqqında hesabı məhz bu tarixdə verək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB