İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb

İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb

Şəhid ailələri və müharibə əlillərinə ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib.

SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

“Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bundan başqa son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”, - deyə nazir müavini bildirib.

A.Əliyevin sözlərinə görə, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə