Onların bacarıqlarının üzə çıxarılması hər birimizin borcudur - NAZİR DANIŞDI
“Bu gün toplaşdığımız mərkəz Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Sağlamlıq imkanı məhdud uşaq və gənclərimizi cəmiyyətə tam inteqrasiya etmək, cəmiyyətdəki aktiv rollarını təmin etmək üçün gündəlik təlimlərə cəlb olunurlar”. SİA xəbər verir ki, bu sözləri tədbirdə çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, burada çalışanların böyük əksəriyyəti incəsənət adamlarıdır. Bizim hər zaman işlətdiyimiz bir devizimiz var: “Əlillik qüsur deyil!”
"Burda çalışanların da hər biri bu devizi öz həyatlarında təsdiq ediblər.
Həqiqətən onların bilik, bacarıqlarına baxdıqda bu devizi tam şəkildə başa düşmək mümkündür. Bizim yüzlərlə, minlərlə nümayəndəmiz var. Onların bu gün hazırladıqlarını birazdan birlikdə izləyəcəyik. Əzizlərimizin gördüyü işləri birgə dəyərləndirəcəyik. Eyni zamanda bura daxil olmazdan öncə sərgi ilə də qısa şəkildə tanış oldum. Tədbirdən sonra yenidən, daha geniş formada hər birinizi izləyəcəyəm. Biz unutmamalıyıq ki, onlar fərqli olduqları qədər də bacarıqlıdırlar. Onların bu bilik və bacarıqlarının üzə çıxarılması isə dövlət olaraq bizim hər birimizin borcudur”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB