Azərbaycanda COVID-19-dan ölən yoxdur

Azərbaycanda COVID-19-dan ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 233 nəfərdir.

Ölkədə son sutka ərzində 3 867, hazırkı dövrədək isə 6 735 182 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə