“Bizim bugünkü toplatımız 2021-2022-ci il tədris ilinin qış sessiyasında universitetdə təhsil alan əlaçı və ictimai işlərdə fəal olan Azərbaycan Təshil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdün təqdim edilməsi münasibəti ilə təşkil olunub”. SİA xəbər verir ki, bu sözləri Həmkarlar İttifaqının inzibatı binasında təşkil olunmuş Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi adlı təqaüdün təqdim edilmə mərasimində Azərbaycan Həmkarlar İttifaqı komitəsinin sədri Səttar Möhbalıyev mətbuata bildirib.
Onun sözlərinə görə, bu təqaüdün verilməsi 1915-ci ildən başlanılıb. Bu günə qədər 2604 nəfər bu təqaüdə layiq görülüb. Yay sessiyasında 300 manat qış sessiyasında eyni ilə 300 manat təqaüd verilib: “Hesabladığımız zaman ayda 50 manat aylıq təqaüdlər verilir. Belə tədbirlərin keçirilməsində əsas məqsədimiz gənclərimizi pis adətlərdən uzaq saxlayaraq, elmə cəlb edib Azərbaycan üçün layiqli və vətənpərvər gənclər yetişdirməkdir. Biz təhsil sahəsində fəaliyyət göstərən tələbə həmkarlar təşkilatı vasitəsi ilə tələbələri idmana və intellektual yarışlara cəlb edirik. Əfsuslar olsun ki, pandemiya dövründə bu kimi tədbirlərdən uzaq olsaq da şükürlər olsun ki, bu gün həmin tədbirlərin keçirilməsinə şərait yaradılıb. Bu yaxınlarda bır sıra nazirliklərin və Həmkarlar İttifaqı ilə Ümummili lider Heydər Əliyevin yubleyi münasibəti ilə bədii özfəaliyyət kollektivlərinin və Azərbaycanda fəaliyyət göstərən universitetləri ilə birgə müsabiqə elan etmişik. Müsabiqənin münsiflər heyəti artıq formalaşıb və bu yaxınlarda həmin heyət Naxçıvana gedərək iştirakçıları nəzərdən keçirib, onlar arasında seçimlər edəcək. Tələbələrin problemlərinin həll olunması məqsədi ilə təşkilatların hesabına vəsaitlər köçürülür. Digər dövlətlərlə müqayisə etsək görərik ki, belə bir qurum və layihələr digər dövlətlərdə yoxdur. Sırf Azərbaycanda təhsil alan tələbələrə belə təqaüd problemləri yaradılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB