Yaz aylarında allergiyaların baş qaldırmasına səbəb nədir? - DERMATOLOQ DANIŞDI
"Artıq yaz fəslindəyik. Bildiyiniz kimi, yaz fəslində təbiət oyanır, ağaclar çiçəkləməyə başlayır. Çiçəklər də öz növbəsində tozlanmaya başlayır”. Bu sözləri SİA-ya açıqlamasında dermatoloq Sevinc Kərimova bildirib.

Onun sözlərinə görə, bu zaman isə müxtəlif çiçəklərin tozundan insanlarda allergiyalara səbəb olan hallar baş verir: “Burada tək dəri allergiyası deyil, allergik rinit, konyuktivit, pollinoz, bronxial asma kimi xəstəliklərin kəskinləşməsini müşahidə edirik. Həmçinin dəri allergiyaları da baş qaldıraraq, kəskinləşir. Buna da səbəb, əsasən, ağacların tozlanmasıdır.
Bu cür həssas insanlar bacardıqları qədər bu ərəfədə açıq havada və çiçəklənən ağaclara yaxın məsafədə bacardıqları qədər olmamaları onların xeyrinədir. Tövsiyə edərdim ki, tənəffüs yollarına bu tozcuqların düşməsinin qarşısını almaq məqsədilə maskadan istifadə edilsin. Belə allergiyalı, həssas insanlar yaxşı olar ki, ildə iki dəfə yaz-payız ərəfəsində allerqoluqlara və dermatoloqlara müraciət etsinlər. Belə həssas insanlarda tozlarla təmasda olduqda allergik vəziyyət kəskinləşdiyi üçün qan dəyərləri də dəyişir. Buna görə də mütləq şəkildə allergik sensibilizasiyalı orqanizmin indiki vəziyyətini və allergik durumunu dəqiqləşdirməlidir. Həmçinin günəşin şüasından da dəridə qaşınmalar və yanmalar ola bilər. Bu zaman SPF kremlərdən istifadə olunmalıdır. Bunların hamısı allergik xəstəlik hesab olunur. Bütün bunları nəzərə alaraq mütləq şəkildə dermatoloqa müraciət etmək lazımdır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB