İnsanlarda qumar asılılığı nədən irəli gəlir? - PSİXOLOQ DETALLARI AÇIQLADI
"Ümumiyyətlə, insanın hər hansısa bir şeydən asılılığı qarşısına qoyduğu məqsəddən irəli gəlir. Bu məqsədin nəticəsinin dərk edilməsi dedikdə isə insanın şüurlu şəkildə atdığı addımı nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, qumar asılılığı insanın qarşıya qoyduğu məqsəddən irəli gəlir: "Mən bugün uduzdum, amma sabah udacam", "Mümkün deyil mən bunu bacarmayım" düşüncəsi ilə insan özünü tətikləyir. Bununla da sanki o hədəfinə çatacağını düşünür".
Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, bütün bunlar insanın məqsədini göstərir: "Lakin bu məqsəd şüurlu deyil, şüursuz addımla qiymətləndirilir. Təbii ki, şüursuz addımlar da daha çox yadda qalır. İnsanın hər hansısa məqamda mənfi nəticələrlə qarşılaşmağı şüursuz addımlarının nəticəsidir. Qumar asılılığı da digər asılılıqlar kimi insanın qarşısına qoyduğu məqsədlərdən irəli gəlir. Asılılıq problemi olan qumarbazlar vaxt keçdikcə mərclərini artırmağa və müflis olmağa meyilli olurlar".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB