Deputat “Göyçay-Süd” ASC-nin kollektivi ilə görüş keçirib - FOTOLAR

Deputat “Göyçay-Süd” ASC-nin kollektivi ilə görüş keçirib - FOTOLAR

07 aprel 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə səfəri çərçivəsində Göyçay rayonunda “Göyçay-Süd” ASC-nin kollektivi ilə görüş keçirib, eyni zamanda müəssisədə istehsal prosesi ilə tanış olub. SİA xəbər verir ki, görüşdə ilk növbədə millət vəkili müəssisənin fəaliyyəti, habelə zavodun strukturu, iş prinsipləri və qarşıya qoyulan gələcək hədəflər haqda məlumatlandırılıb.

Sonra deputat Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyini, habelə sahibkarlığın inkişafının hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdən olduğunu vurğulayıb: “Bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, əhalinin iştirakçılığı təmin olunur.”

Həmçinin, görüşdə M.Əfəndiyev iştirakçları Milli Məclisdə sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüsləri, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən dövrdə gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqqında məlumatlandırıb.

Sonda deputat zavod kollektivini maraqlandıran sualları cavablandıraraq onlarla geniş fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə