Ombudsman repatriasiya edilmiş vətəndaşlarla görüşüb

Ombudsman repatriasiya edilmiş vətəndaşlarla görüşüb

Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması və hüquqlarının müdafiəsi məsələləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində Suriyada saxlanılan qadın və uşaqların ölkəyə repatriasiyası həyata keçirilir.

Ombudsman Səbinə Əliyeva bu yaxınlarda Suriyadan repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmişqadın və uşaqlarla görüşüb.

Ombudsman həmin şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində görülmüş tədbirlər barədə məlumat alıb, onların hüquq və azadlıqlarının təmini vəziyyətini öyrənib, müvafiq tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə