Xocavənd rayonunda Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb.
SİA-nın verdiyi məlumata görə, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri Vətən müharibəsi şəhidi Nüsrətli Ceyhun Aqil oğlunun doğum günü münasibətilə şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Şəhidimizin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə