Güclü C vitamini qaynağı olan limonu imsaqda istehlak etdiyiniz su ilə içməyin inanılmaz faydaları var. Müxtəlif istifadə üsulları ilə sağlamlığa bir çox faydalar təmin edən limonu Ramazan ayının da xilaskarı hesab etmək olar. SİA xarici mətbuata istinadən xəbər verir ki, limon ödəmi aradan qaldırdığı və toksinləri məhv etdiyi üçün imsaq süfrələrinin olmazsa olmazlarındandır.
Tərkibində kalium, fol turşusu, mis, maqnezium və lif olan limonlu ilıq su istehlakı C vitamini dəyəri ilə orqanizmə fayda verməklə yanaşı, su ehtiyacını da qarşılamağa kömək edir.
Gün ərzində maye itkisi səbəbindən müxtəlif xəstəliklərin yaşanmaması üçün keyfiyyətli su istehlakı vacibdir. Limon tərkibindəki yüksək C vitamini, antioksidan maddələr və minerallar sayəsində ən faydalı və müalicəvi meyvələrdən biridir. Bununla belə, yüksək turşuluq dərəcəsi bəzilərinin tək başına limon istehlakını çətinləşdirə bilər. Bu nöqtədə içdiyiniz suyun içinə limon dilimləri əlavə edərək limonun faydalarından yararlanmaq mümkündür.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB