Ermənistanda 2022-ci ilin yanvar-fevral aylarında doğum səviyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,4% azalıb. SİA xəbər verir ki, bunu Ermənistan Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlar sübut edir.
Bildirilir ki, hesabat dövründə 5344 uşaq doğulubsa, 2021-ci ilin yanvar-fevral aylarında 5533 yeni doğulmuş körpə olub. Eyni zamanda, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,9% (5294 uşaq doğulub) qismən artım var.
Eyni zamanda, qeyd olunan dövrdə 58 ölü doğuş faktı qeydə alınıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,4%, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18,4% azdır.
Statistikaya görə, bir yaşa qədər 37 yeni doğulmuş körpə (2021-ci ilə nisbətən 17,8% az və 2020-ci ilə nisbətən 19,6% çox) və 4 yaşa qədər 44 uşaq (2021 və 2020-ci illərlə müqayisədə 12% az) dünyasını dəyişib.
Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 6030 nəfər vəfat edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 11%, 2020-ci ilin 2 ayının göstəricisindən isə 18,5% çoxdur.
Belə ki, əhalinin təbii artımı 2021-ci ilin 2 ayı ilə müqayisədə 6,7 dəfə, 2020-ci ilin 2 ayı ilə müqayisədə isə 3,3 dəfə azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB