Milyonerlərin qızları min bir hoqqadan çıxır - HAFİZ HACIYEV ÖZÜNDƏN ÇIXDI
"Barların fəaliyyətinə heç də yaxşı baxmıram". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, çünki bu pozğunluq əlamətidir: "Biz kasıblar elə məkanlarda gedib yeyib-içə bilmərik. Elə yerlərdə harınlaşmış məmurların övladları, müftə pul qazananlar gecələr pozğunluqla məşğul olurlar, narkotik vasitələrindən istifadə edirlər. Bütün bunların hamısı bəlli məsələlərdir. Bu məsələyə çox pis baxıram. Bu, Azərbaycan xalqının mentalitetinə uyğun deyil. Doğrudur, digər ölkələrdə də gecələr barlar fəaliyyət göstərir. Amma digər ölkələrdə belə səviyyəsiz deyil. Daxilimizdə olan harınlaşmış məmur balaları min bir hoqqadan çıxırlar. Açığı deyim bəzən elə yerlərdə siyasi məsələlər də müzakirə edilir. Belə yerlərdə dəyirmi masa arxasında oturub müəyyən siyasi qruplarla müəyyən siyasi sifarişləri yerinə yetirən qüvvələr var.
Düşünürəm ki, bu məsələlər ciddi şəkildə tənzimlənməlidir. Bildiyimiz kimi gecə klubunda baş verən partlayış dünya mediasına qədər yayıldı. Hansısa vicdanını itirmiş şəxsin balası pozğunluq edir, milyonerlərin qızları min bir hoqqadan çıxır, gecələr evə yığışmır. Ümumiyyətlə bu cür hallar ölkədə stabilliyinin pozulmasına gətirib çıxardır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB