Təcili Tibbi Yardım briqadaları hadisə yerindədir - ÖZƏL AÇIQLAMA

Təcili Tibbi Yardım briqadaları hadisə yerindədir - ÖZƏL AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Bu barədə SİA Nazirliyə istinadən xəbər verir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı yaralananların olub-olmamasını öyrənmək üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan SİA-ya özəl olaraq bildirildi ki, hazırda Təcili Tibbi Yardım (TTY) briqadaları hadisə yerindədir: "Lakin hələ heç bir müraciət daxil olmayıb".

Əlavə məlumat veriləcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə