Xalqımıza Qarabağ Zəfərini bəxş edən lider

Xalqımıza Qarabağ Zəfərini bəxş edən lider

Yeni Azərbaycan Partiyası 08 fevral 2018-ci il tarixində keçirdiyi VI qurultayında İlham Əliyevi aprelin 11-nə təyin edilən növbədəkənar prezident seçkisinə namizəd kimi göstərib.Hakim Yeni Azərbaycan Partiyası seçkiyə partiyanın sədri İlham Əliyevlə getdi. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Bununla da o, Azərbaycanın ümummilli lideri Heydər Əliyev irsinin layiqli davamçısı olaraq Azərbaycana rəhbərlik etməyə başlayıb.

O, Ulu Öndərin ölkədə əsasını qoyduğu islahatları və onun hakimiyyət kursunu ləyaqətlə davam etdirir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Azərbaycan bir sıra beynəlxalq enerji layihələrinin memarına çevrilib. Azərbaycan öz təşəbbüsləri və layihələri ilə Avropanın enerji xəritəsini dəyişib. Bundan əlavə, qeyri-neft sektorunda da önəmli beynəlxalq layihələrə imza atılıb.

Cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə, eləcə də idman yarışlarına ev sahibliyi edib. Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrilib. Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. İlham Əliyevin hərtərəfli inkişaf strategiyası regionların simasını tanınmaz dərəcədə dəyişdirib. Dünya idman ictimaiyyəti arasında böyük nüfuzu olan Azərbaycan Prezidenti bir çox beynəlxalq idman təşkilatlarının mükafatlarına layiq görülüb. Vətəndaş amili Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən siyasətinin mərkəzində dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır.

Son illərdə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, minlərlə məktəb kompüter avadanlığı ilə təmin edilib. Prezidentin hakimiyyəti illərində ölkədə gördüyü müsbət işlər sadalamaqla bitməz. Xalq ilk gündə olduğu kimi bu gün də İlham Əliyevin bu siyasətinin uğurla davam edəcəyinə inanır. İlham Əliyevin imza atdığı strateji layihələr Azərbaycanı uğurlu gələcəyə doğru inamla aparmaqdadır. Onun rəhbərliyi altında Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi faktını bütün dünyaya qəbul etdirə bilib. Onun ərazilərimizin işğalı ilə barışmamaq siyasəti, sülh danışıqlarını qətiyyətlə davam etdirməsi və buna paralel olaraq da, silahlı qüvvələrimizi, ölkənin hərbi-sənaye kompleksini gücləndirilməsi, əhali arasında ona olan inamı daha da artırır. İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.

Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. “Dəmir yumruq” əməliyyatı kimi tariuxə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan ordusu güclüdür və ona rəhbərlik edən müzəffər Ali Baş Komandanı vardır. Ali Baş Komandan xalqımıza Qarabağ Zəfərini bəxş etdi. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.

Bunu bizə ərməğan edən, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdıran Cənab Prezident İlham Əliyevə təşəkkür və minnətdarlığımızı bildiririk.

Tofiq Əsgərov - Masallı rayon Təhsil şöbəsinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə