İnsanlar özlərini doğrultmaq üçün video-oyunlara aludə olur - PSİXOLOQ AÇIQLADI
“Yaşından asılı olmayaraq uşaqdan, böyüyə hər kəs öz intellekt səviyyəsi, maraq dairəsinə uyğun olaraq oyunlara aludəçidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, oyunlar insanın həyat rejimi ilə əlaqədar olaraq, boş vaxtını doldurmaq, onun özünün hər hansı bir qabiliyyətini özünə sübut etmək məqsədilə həyata keçirilən bir prosesdir: “Oyun fərdi şəkildə aparılır. Oyunda qazanılan qabiliyyət insana böyük zövq verir. İnsanın hər oyundan aldığı mükafat onun özünə verdiyi bir mükafatdır. İnsan oyunda sanki həyat rejimini qurmuş olur. İnsanda elə bir aludəçilik yaradır ki, o, buna avtomatik vərdiş edir. Oyuna olan sevgi, tələbat sırf o aclığın əlamətidir ki, müəyyən qədər sevgi görməyən ünsiyyət qura bilməyən uşaqlar özlərini oyunda doğrultmağa çalışırlar. Eyni zamanda sosial fobiyası olan uşaqlar cəmiyyət içərisində özlərini gösətərə bilmədikləri zaman da oyuna aludəçi olurlar. Onlar artıq özlərini oyunda doğrultmağa çalışırlar. Bu zaman isə təbii ki, onlar özlərini oyunda tapmış olurlar.
Oyun insan həyatında ona heç bir perespektiv yaşatmır. Oyunda udanda insan özünü sanki fikrən müəyyən mənada aldatmış olur. Oyuna aludə olan insanlar bütün həyatdan özlərini inkişaf etdirmək uzaqlaşırlar. Artıq bu zaman insanda get-gedə robotlaşma yaranır. İnsan virtual aləmə girir və oranın əsirinə çevrilir. Bu boşluğu doldurmaq üçün oyunlar insana bir vasitədir.
Düzdür, insanın zehnini inkişaf etdirən oyunlar da var. Amma təbii ki, söhbət bu oyunlardan getmir. Təbiidir ki, insan daimi olaraq işlə məşğul ola bilməz. Zehnini təmizləmək üçün oyun da oynaya bilər. Amma çalışmaq lazımdır ki, oyuna aludəçilik yaranmasın.
Oyunlar da hər bir şəxsin öz təffəkkürünə uyğun olaraq seçilməlidir. Bunu da insan özü seçir. Buna görə də video-oyun seçərkən belə diqqətli və seçici olmaq vacibdir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB