Uşaqların məsuliyyətli böyümələri üçün nə etməli? - PSİXOLOQ AÇIQLADI

Uşaqların məsuliyyətli böyümələri üçün nə etməli? - PSİXOLOQ AÇIQLADI

“İlk növbədə övladımızı vətəndaş kimi böyütmək üçün uşaqları milli və vətənpərvər ruhda böyütmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ailə dəyərləri mütləq şəkildə uşağa izah olunmalıdır: “Eyni zamanda ailənin uşağın həyatındakı rolu ilə də bağlı məlumatlar verməliyik.

Uşağın vətəndaşlıq borcu onun Vətəni sevməsi, himnini, bayrağını sevməyidir. Ümumiyyətlə övladımızın vətənpərvər, məsuliyyətli bir vətəndaş olaraq böyüməsi üçün mütləq onu uşaqlıqdan düzgün disiplinə öyrətmək lazımdır. Əgər valideyn hər şeyi qayda-qanunla yerinə yetirirsə, bütün qaydalara riayət edirsə, bu zaman verdiyi bütün sözlərin üzərində durursa, eyni zamanda tez-tez qərarlarını dəyişdirmirsə, uşaq da valideyninə baxır və ondan bütün bunları öyrənir.

Uşaq məsuliyyətin nə olduğunu başa düşməlidir. Uşaq söz verdikdə mütləq bunun arxasında durmalı olduğunu bilməlidir. Bütün bunlara əgər valideyn riayət edirsə, uşaq da valideynindən gördüyünü götürərək, məsuliyyətli bir vətəndaş olacaqdır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə