Gəncə və Sumqayıtda vahid bələdiyyələr yaradılacaq

Gəncə və Sumqayıtda vahid bələdiyyələr yaradılacaq

“Azərbaycanda Bələdiyyə Məcəlləsi hazırlanır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Gəncə və Sumqayıtda vahid bələdiyyələr yaradılacaq: “Sonradan bu, effekt verərsə, Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılmasına baxıla bilər”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə