Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır - ŞƏRH

Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır - ŞƏRH

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkələrindən biridir. Müstəqillik qazanmasından çox az vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Həyata keçirilən müdrik və uzaqgörən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafında keçid dövrü başa çatmışdır. Dünyəvi, demokratik və hüquqi dövlət quruculuğunun bütün sahələrində tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Yeni dövrün - Qloballaşan dünyanın böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır.
2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə son bir ildə ölkədə bütün sahələr üzrə inkişaf uğurla davam edib, islahatlar cəmiyyətimizin daha çox sahələrini əhatə edib. 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada sistemli dəyişikliklər başlanıb. Prezident İlham Əliyevin sosial paketlərdən ibarət olan yeni islahat kursu növbəti dəfə təsdiqləyir ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır.

O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!

İradə İmanbəyli, Masallı rayon Dəmirçi kənd orta məktəbi

Bütün xəbərlər Facebook səhifəmizdə