Bulimiya nədir? - PSİXOLOQ AÇIQLADI

Bulimiya nədir? - PSİXOLOQ AÇIQLADI

"Bulimiya xəstənin daim aclıq hissi ilə üzləşməsidir. Yən həmin şəxs daim özünü ac hiss edir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.

Onun sözlərinə görə, həmin şəxslər miqdarından daha çox yemək yeyir və öz istəkləri ilə yediklərini qaytarırlar: "Bu adət halına gəldiyi üçün nevroloji xəstəliyə çevrilə bilir. Bulimiya xəstəliyinin diaqnozunu xəstələr qoyur. Bulimiyaya düzgün diqanoz qoyulmasa, pasient müalicədən imtina etsə bunun nəticələri ağır ola bilər. Çünki bulimiyada orqanizmin məyyən hissələri çürüyür. İlk olaraq dişlər çürüməyə başlayır. Çünki çox qaytarma nəticəsində mədə turşusu dişləri xarab edir. Tənəffüs sistemi pozulur. Mineral, vitamin balansı pozulur. Bu xəstəlik psixoloji, emosial vəziyyət yaradır. Bu xəstəliyə tutulan insanlar xroniki depressiyadan əziyyət çəkirlər. Belə insanlar yemək yeməklə ac qalmaq arasında qalırlar. Bu da xəstənin psixologiyasına təsir edir.

Həmin şəxslər terapevt endokrinoloq tərəfindən müalicə olunmalıdır. Lazım olduqda psixiatr və nevroloqla da görüşüb müalicəni davam etdirməlidir. Çünki burada vitaminlərdən, psixiatrın tövsiyyə etdiyi anti-depresantlardan qəbul etməlidir. Psixoloq problemin kökünü müəyyən edib müxtəlif yollarla bu xəstəliyi aradan qaldırmalıdır.

Bulimiya irsi olaraq da yayıla bilər. Qohumlardan biri bu xəstəlikdən əziyyət çəkibsə bunun ötürücülüyü ola bilər. Həyat tərzi çox önəmlidir. Ailədən biri əgər dietaya qarşı həssadırsa həmin şəxs də uşaqlıqdan bu fikirlə böyüyür və o da yeməklərə qarşı həssas olur. Yemək yeməmək üçün özünü cəzalandırır amma yenə də bunun qarşısını ala bilmir. Bununla da kökəlmək üçün müəyyən yollara əl atır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə