“Ramazan ayı dualar və ibadət ayıdır. Bu ayda insanların oruc tutması, namaz qılması və çoxlu ibadətlər edərək Quran oxuması çox gözəl olar”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, əxlaqi zənginlik üçün bu ayda insanlar nə qədər diqqətli olsalar, bir o qədər savab qazanarlar: “Qaldı ki, musiqi dinləmək, film izləmək kimi məsələlər təbii ki, olar. Çünki bu həyatda yaşayırıqsa, təbii ki, gündəlik həyatımızda musiqi də eşidəcəyik, filmləri də izləyəcəyik. İnsana musiqi əxlaqi qida və əxlaqi keyfiyyətlər bəxş edir. Buna görə də musiqi dinləməyin heç bir günahı yoxdur. Məsələn, muğam dinləyən zaman oradakı qəzəllər insanlara vətənpərvərlik və sevgi aşılayacaqdır. Amma mümkündürsə, Ramazan ayında toy etmək, musiqi dinləmək və yaxud bu kimi bir çox əyləncələri digər aylara təxirə salmaq daha yaxşı olar. Çünki bu ay dualar və ibadətlər ayıdır. Ramazanda insanlar dua etməli, Namaz qılmalı və oruc tutmalıdırlar. Eyni zamanda Quran oxumaq da görülən ən işlərdən biri olacaqdır. Eyni zamanda Ramazan ayında müharibələr, dava-dalaşlar da olmamalıdır.
Ramazan ayında mənəviyyat, əxlaq üçün nə etmək olarsa, onları yaradandan qazanıb almalıyıq. İldə bir dəfə bəxş edilən Ramazan ayının dəyərini bilmək lazımdır. İftar süfrələri açmaq, xəstələrə baş çəkmək və yoxsullara əl tutmaq da bu ayın şərtlərindəndir. Eyni zamanda əgər bir qızın hərisini almaq istəyirlərsə, bunu iftar süfrəsində edə, “Allah mübarək etsin” sözləri ilə qızın xeyir-duasını verə bilərlər. Bu ayda Allah deyir ki, “Mən qapılarımı açmışam. Bəndələrim gəlib o rəhmət qapısından daxil olsunlar”.
Ramazan fürsət ayıdır. Bacardığımız qədər bu aydan istifadə etmək lazımdır. Bir çox məişət və həyatımızla bağlı olan işləri mümkündürsə, digər aylara təxirə salmaq lazımdır. Allah dualarımızı, tutduğumuz orucları qəbul etsin!”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB