Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller əhali üçün qaz güzəştlərinin artırılmasını zəruri hesab edib. O, belə bir çağırışla enerji qiymətlərinin kəskin artması fonunda “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib. SİA bu barədə “lenta.ru” saytına istinad edir.
“Bir çox ev təsərrüfatları gələn il isitmə üçün hesab açılana qədər qiymətlərin nə qədər artdığını görməyəcək və əlavə ödənişlərin öhdəsindən gələ bilməyəcəklər” deyə Müller bildirib.
Agentlik rəhbəri onu da əlavə edib ki, endirimlər gələn ilə qədər artırılmasa, istehlakçılar artan xərclərə hazır olmalıdırlar.
Bundan əvvəl Almaniya Sənayesi Federal İttifaqının (BDI) prezidenti Ziqfrid Russvurm Rusiyadan enerji resurslarına embarqo qoyulması səbəbindən sənayenin çökəcəyini proqnozlaşdırmışdı.
Onun sözlərinə görə, Rusiya qazından imtina sənayeni ümidsiz vəziyyətə sala bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB