Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonda geniş quruculuq işlərinə start verilib. SİA-nın verdiyi məlumata görə, Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı rayonunun bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Rayonun ətraf mühitinin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən biridir. Pirallahıda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılıb.
“İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınıb.
2 aprel 2022-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi, Pirallahı rayonunda da yaz mövsümü ilə əlaqədar iməcilik aksiyası keçirildi. Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb. Aksiya zamanı küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını alınması məqsədi ilə yollar dezinfeksiya məhlulları ilə yuyulub.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB