Bakıda güclü külək əsəcək - PROQNOZ

Bakıda güclü külək əsəcək - PROQNOZ

Milli Hidrometeorologiya Xidməti Bakıda güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 4-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə