Mərkəzi Nəbatat Bağının binasının təmirinə hazırlıq gedir - AMEA

Mərkəzi Nəbatat Bağının binasının təmirinə hazırlıq gedir - AMEA

Qəzalı vəziyyətdə olan Mərkəzi Nəbatat Bağının binasının təmiri ilə bağlı hazırlıqlar gedir. SİA-nın məlumatına görə, bunu AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər. Qeyd edək ki, binanın qəzalı vəziyyətə düşməsi səbəbindən işçilər martın 10-dan 28-ə qədər evdən işləyirdilər. Artıq onlar da işə qayıdıblar:

"Qərara alınıb ki, işçilər üçün binada işləmək heç bir təhlükə yaratmır. Buna görə də bütün işçilər artıq işə qayıdıblar", - A.Balayeva deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə