Məktəblərdə şagirdlərə hüquqları necə öyrədilir? - EKSPERT ŞƏRH ETDİ
“Şagirdlərə hüquqlarının öyrədilməsi istiqamətində məktəblərdə müvafiq təlimlər keçirilir. Eyni zamanda bu cür təlimlər müxtəlif qurumların və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı nəticəsində də həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, BMT-nin Uşaq Fondu və UNİCEF-in Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində silsilə təlimlər təşkil olunur: “Əlbəttə ki, buna çox ciddi ehtiyac var. Eyni zamanda Azərbaycan Uşaq Hüquqları Üzrə Konvensiyaya da qoşulub. Birmənalı olaraq dövlətimiz uşaqların hüquqlarının qorunması məsələsinə böyük önəm verir. Eyni zamanda Təhsil Nazirliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlığı çərçivəsində də mütəmadi olaraq tədbirlər keçirilir. Düşünürəm ki, mütləq şəkildə bu cür tədbirlərin keçirilməsinə ciddi ehtiyac var. İstər BMT, istərsə də İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində məlumatlandırıcı tədbirlərin keçirilməsini genişləndirmək lazımdır. Düşünürəm ki, mütləq şəkildə Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın genişləndirilməsi də bu istiqamətdə atılan mühim addımlardandır.
Bizim bugünkü məktəblilər gələcəyin vətəndaşlarıdır. Onlar başa düşməlidirlər ki, Azərbaycanın gələcəyi olaraq öz hüquqlarını bilməlidirlər. Hansı ki, bəzi məsələlər var ki, onlar mütləq bilməlidirlər. Əlbəttə ki, hüquqlarının pozulması, məhdudlaşdırılması kimi hallar baş verdikdə onlar bunun qarşısını almağı bacarmalıdırlar. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, beynəlxalq qurumlar var ki, onlar da bu istiqamətdə Azərbaycanla birgə əməkdaşlıq edir və öhdəliklər götürür. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycanda qanunvericilik kifayət qədər mükəmməldir. Dünyanın bu istiqamətdə qabaqcıl təcrübəsi həmin o qanunvericilikdə öz əksini tapıb. Azərbaycan doğurdan da uşaq hüquqlarının müdafiəsi ilə bağlı dünyada ən yaxşı nümunəyə malik ölkələrdən biridir. Əlbəttə ki, bu təlimlər mütəmadi olaraq keçirilməlidir. Eyni zamanda bəzən Azərbaycanda uşaq aylığı keçirilir. Hansı ki, həmin uşaq aylığı çərçivəsində də bu tədbirlər, işlər həyata keçirilir. Hesab edirəm ki, mütləq şəkildə bunların daha da genişləndirilməsi istiqamətində tədbirləri davam etdirmək lazımdır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB