Azərbaycanla Özbəkistan arasında birbaşa aviareys açılır

Azərbaycanla Özbəkistan arasında birbaşa aviareys açılır

Özbəkistanın "Fly Khiva Group" aviaşirkəti "Azərbaycan Hava Yolları" (AZAL) QSC ilə birgə aprelin 2-dən etibarən iki ölkə arasında birbaşa reysi işə salır.

SİA-nın məlumatına görə, Bakı-Daşkənd-Bakı marşrutu ilə uçuşları həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək.

Bakıdan saat 22:00-da havaya qalxan təyyarə, saat 01:25-də Daşkənddə eniş edəcək. Əks istiqamətdə 02:45-də Daşkənddən yola düşən reys saat 04:35-də Bakıya çatacaq.

Mayın 4-dən etibarən reyslərin həftədə iki dəfə (çərşənbə və şənbə) həyata keçiriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə