Astarada Ramazan ayının başlaması ilə bağlı tədbir

Astarada Ramazan ayının başlaması ilə bağlı tədbir

Astara rayonunda Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Komitənin Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Azanların QMİ-nin təqviminə uyğun verilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə