Ramazan ayında ruhun da oruc tutması vacibdir - MƏŞHUR DİN XADİMİ AÇIQLADI

Ramazan ayında ruhun da oruc tutması vacibdir - MƏŞHUR DİN XADİMİ AÇIQLADI

"Ramazan ayı 11 ayın sultanıdır. Hədislərdə ən üstün ay kimi digər aylardan fərqlənir. Bu ayın digər aylardan üstün cəhətləri var. Ramazan ayında oruc tutan şəxsin nəfəsi belə zikr hesablanır, sanki nəfəs aldıqca sübhanallah deyir. Bu ayda insanın yuxusu belə ibadət kimi hesablanır". Bu fikirləri SİA-ya açıqlamasında Hacı Ramil Bədəlov bildirib.

Onun sözlərinə görə, Ramazan ayında minimum faydalarla kifayətlənməməliyik: "Bu ayda bir ayə oxumaq belə bir quran oxumağa bərabərdir və bir quran oxumağın savabını əziz Allahımız ona nəsib edir. Peyğəmbərimiz buyur ki, Ramazan ayında cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır. Cənnətin qapıları açılır və ardından buyurur ki, o açılmış qapıları Ramazan ayı bitdikdən sonra bağlamayın, cəhənnəmin bağlanmış qapılarını açmayın. Bu ayda Allaha gedən yol sanki rahat olur və insan üçün asanlaşır. İnsan bu yolda əzmlə, iradəylə hərəkət etməyi öyrənir. Ramazan ayının üstün cəhətlərində biri də Qədir gecəsinin olmasıdır. Qədir gecəsi Qurani-Kərimin ayəsində qeyd olunduğu kimi, 1000 aydan üstündür. 1000 ay təxminən bir insan ömrü deməkdir. Yəni o gün bir insan ömrünü dəyişəcək qüdrətə malikdir. Qədir gecəsində insan müsbət mənada həyatını dəyişə bilər. Ramazan ayının digər aylardan üstünlüyü çoxdur. Ramazan ayında Allahın buyurduğu haramlarından, qadağalardan uzaqlaşmaq lazımdır. Yəni oruc tutarkən sırf yemək yeməmək, su içməməklə kifayətlənməməli Allahın buyurduğu qadağalrdan da uzaqlaşmaq lazımdır. Ramazan ayında ruhun da oruc tutması daha mühüm əməllərdən biridir.
Ramazan ayını dünyadakı fəqirləri başa düşməyə, ac qalaraq onların necə əziyyət çəkdiyini anlamağa sövq edir. İnsanın yanlız özü üçün yaşamamasını başa salır. Yalnız özünü yox ətrafındakıları da düşünməyi öyrədir. Bu ayda ac qalmaqla acların halından anlamığı öyrədir. Ramazan ayı bitdiyində Fitr günündə fəqirlərə müəyyən miqdarda pul yardımı verirlir.
Bu ay insanı iradəli olmağa vadar edir. Halala yox deyən insan harama da yox deməyi bacarır. Yəni oruc tutarkən su içmək belə haram sayılır. Əgər bundan çəkinirsə insan demək başqa haramdan da çəkilə bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə