Ətraf mühitin çirklənməsi Yer kürəsinin canlılardan təmizlənməsidir - EKOLOQ ŞƏRH ETDİ

Ətraf mühitin çirklənməsi Yer kürəsinin canlılardan təmizlənməsidir - EKOLOQ ŞƏRH ETDİ

“Ətraf mühitin-atmosfer, flora və faunanın, su hövzələrinin çirklənməsinin fəsadları fərqlidir. Bu flora və faunanın bütünlüklə məhvinə səbəb olan dəhşətli bir hadisə deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.

Onun sözlərinə görə, hansı ki, çirklənmələrin qarşısı alınmazsa, bu məhvin qarşısını ala bilmərik: “Ətraf mühitin çirklənməsi Yer Kürəsinin canlılardan təmizlənməsi deməsidir. Bu isə təbii ki, həyatın sonunu gətirir. Ona görə ki, ətraf mühit çirklənməsi su hövzələrində canlıların məhvinə səbəb olur. İnsanlar da daxil olmaqla hava ilə tənəffüs edən canlıların həyatına mənfi təsir göstərir. Meşələrin qırılması da ətraf mühitin məhv olmasının göstəricilərindəndir.

Ətraf mühitin istər çirkdən, istərsə də ümumiyyətlə qorunmaması, ekoloji tarazlığın pozulması insan həyatı da daxil olmaqla, bütün Yer üzündə canlıların məhv olması ilə nəticələnə bilər. Bitkilər aləmi də bu çirklənmələrdən az zərər görmür. Bu zəncir bütün canlıları birləşdirən bir zəncirdir. Ekoloji zəncirdə istənilən bir halqanın məhvi bu zəncirin sonunu gətirə bilər. Amma bu cür çirklənmələr isə bir deyil, bir neçə halqanı eyni zamanda zədələyib, məhv edir. Bu isə eyni zamanda, faciəvi sonluqla nəticələnir. Ona görə də ətraf mühitin qorunması insanların qarşısında duran vacib məsələlərdən biridir.

Yaşadığımız bu müharibələr dövründə daha dəhşətli formada çirklənmənin şahidi oluruq. Atılan silahların vurduğu zərərlər, hətta indi Ukraynadakı müharibənin oradakı elektrik stansiyalarını təhdid etməsi, daim zərbə altında olması burada şüalanmanın artması ətraf mühitin daha da çirklənməsinə səbəb ola bilər.
Hələ bu müharibənin sonundakı gözlənilən nüvə mərhələsi isə ümumiyyətlə planetin sonunu gətirə bilər. Mən bütün bu sadaladıqlarımın hər birini çirklənməyə aid edirəm.

Ətraf mühitin qorunması çox vacibdir.

Adi məişət tullantılarının eyni nəticələrə gətirib çıxarması eko-tarazlığın tamamilə pozulması zaman məsələsidir. Buna görə də hər şeyin qarşısını vaxtında almaq lazımdır. Məişət tullantılarının düzgün utilizasiyanın düzgün şəkildə həyata keçirilməsi, su hövzələri və atmosferin qorunmasını təmin etmək lazımdır.

İnsanlar bu mövzuda daha da məsuliyyətli olmalıdırlar. Qərar vermə səlahiyyəti olan şəxslər öz borclarını daha vicdanla yerinə yetirməlidirlər. İnsanların bu cür mövzuları diqqətdən kənar etməmələri üçün müəyyən təbliğat işləri görülməlidir. İnsanların diqqətinə çatdırmaq lazımdır ki, ətraf mühitlə düzgün rəftar etməli, çirklənmələrə yol verməməliyik.

Çünki bütün bu çirklənmələrin səbəbkarları elə insanlardır. Elə buna görə də bu problemlərin qarşısını sırf insanlar ala bilər”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə