Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanda, Yeni Kaledoniya sahillərində Rixter cədvəli ilə 7,2 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, təkanlarla əlaqədar sunami xəbərdarlığı elan edilib.

Zəlzələnin episentri Yeni Kaledoniyadan 280 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə